Türkiyədəki Beynəlxalq Dərnəkdən Ramil Səfərova dəstək
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Macarıstanda həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun təkrar mühakimə olunması üçün imzatoplama kompaniyası aparıb. Lent.az-ın Türkiyənin "haberler.com" saytına istinadən verdiyi məlumata görə, ASİMDER 2500 imzanı Macarıstanın Türkiyədəki Səfirliyinə təqdim edib.
Təşkilatın rəhbəri
Göksel Gülbəy jurnalistlərə açıqlamasında qeyd edib ki, artıq
səfərlikdən təşkilata cavab məktubu gəlib: "İğdırda başladığımız,
Türkiyədə, eləcə də dərnək nümayəndəliyinin olduğu Avropa,
Azərbaycan və Rusiyada davam edən imzatoplama kampaniyasında
Macarıstanda ömürlük həbs cəzası alan baş leytenant Səfərovun
təkrar mühakimə edilməsini və onun qalan cəzasının Azərbaycanda
keçirməsini istədik. Başladığımız imza kampaniyasına artıq
Macarıstan səfirliyindən məktubla cavab gəlib".
G. Gübəyin sözlərinə görə, cavab məktubunda qeyd olunur ki,
Dərnəyin Səfirliyə göndərdiyi imza siyahısı və məktublar macar
dilinə tərcümə olunmaq üçün müvafiq qurumlara
göndərilib.