Əlaqə Arxiv
news Image
2012.08.14
14:29
| A A A
“Azərbaycan torpaqlarını dinc şəkildə geri qaytarmaq istəməyən işğalçı Ermənistan yeni müharibəni günbəgün yaxınlaşdırır”
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ-ın strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıran müdafiə naziri Silahlı Qüvvələrimizlə Oklahoma Ştatı Milli Qvardiyası arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi diqqətə çatdırıb. 
Regiondakı mövcud hərbi-siyasi vəziyyətlə qonağı tanış edən S.Əbiyev vurğulayıb ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir: "20 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını dinc şəkildə geri qaytarmaq istəməyən bu işğalçı ölkə yeni müharibəni günbəgün yaxınlaşdırır". 
Müdafiə naziri bildirib ki, vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyəti də indiyədək konkret heç bir nəticə verməyib. Nazirin sözlərinə görə, belə vəziyyətdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır.
 
Sizin Reklam Yeriniz