Əlaqə Arxiv
news Image
2012.04.12
13:34
| A A A
Klinton Əsədin hakimiyyətdə qalmasına görə Rusiyanı ittiham etdi
ABŞ-ın dövlət katibi Serqey Lavrovla Suriyanı müzakirə edib Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton bəyan edib ki, Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasının Suriyadakı böhranı tənzimləmək üçün konstruktiv tədbirlərini dəstəkləməkdən imtina etməsi Suriya Prezidenti Bəşər Əsədə hələ də hakimiyyətdə qalmağa imkan verir. Hillari Klinton bu bəyanatla ABŞ-da "Böyük səkkizlik" ölkələrinin xarici işlər nazirləri ilə görüşündə çıxış edib. Aprelin 11-də isə Vaşinqtonda Hillari Klinton Rusiyanın xarici işlər naziri Serqey Lavrovla Suriyaya dair danışıqlar aparıb.
Xatırladaq ki, BMT-nin keçmiş baş katibi, BMT və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Annan Türkiyədən sonra İrana səfər edib. İran dövlət televiziyası Kofi Annanı və onun yanındakı altı nümayəndəni gətirən təyyarənin Tehran hava limanında yerə endiyini xəbər verib. Xüsusi səfirin İran liderləri ilə görüşərək, Suriyadakı böhrana dair müzakirələr aparacağı bildirilir. Qeyd edək ki, İran Suriyanın regionda ən yaxın müttəfiqidir.
Kofi Annanın təklif etdiyi altı bəndlik sülh planı isə şübhə altına düşüb. Belə ki, srağagün Suriya hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər dayandırılmalı olsa da, yeni zorakılıq xəbərləri yayılır. Suriya insan haqları müdafiəçilərinin məlumatına görə, bütün ölkədə daha 30 nəfər öldürülüb.

Sizin Reklam Yeriniz