Yəmənin əsas aeroportu məhv edildi – Son dəqiqə
Yəmənin paytaxtı Sənada yerləşən aeroport şiə qiyamçılarına endirilən aviazərbələr nəticəsində məhv olub. Movqe.az xəbər verir ki, bu barədə informasiyanı "Frans Press" agentliyi yayıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyi altında bir neçə ərəb ölkəsi Yəməndəki husilərə aviazərbələr endirməyə başlayıb. Koalisiya qüvvələri dünən endirilən zərbələr nəticəsində qiyamçıların ələ keçirdikləri hərbi anbarı məhv ediblər.