İslam Kərimov yenidən prezident seçildi: ilk təbrik Putindən gəldi
Özbəkistanın hazırki prezidenti İslam Kərimov seçicilərin əksəriyyətinin səsini alaraq yenidən bu posta seçilib. Movqe.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri məlumat verib. Onun sözlərinə göröə, 17,2 milyon insan, yəni seçkidə iştirak edənlərin 90,39 faizi Kərimova səs verib. Artıq Rusiya prezidenti Vladimir Putin seçkidə qalib gələn həmkarını təbrik edib.Qeyd edək ki, islam Kərimov 1990-cə ildən bəri Özbəkistana başçılıq edir.