Əlaqə Arxiv
news Image
2015.03.31
12:40
| A A A
Kerridən Lavrova: “Sənə az maaş verirlər…”

İran ilə Altılıq ölkələri arasında İsveçrənin Lozanna şəhərində davam edən nüvə müzakirələri zamanı siyasətçilər bir xeyli gərgin olmalarına baxmayaraq, zarafata da fürsət tapıblar.Movqe.az xəbər verir ki, ABŞ Dövlət katibi Con Kerri ilə görüşdən öncə jurnalistlərin suallarını cavablandıran Rusiya Xarici İşlər naziri Sergey Lavrov hər kəsi güldürüb. Lavrov jurnalistin "yekun razılaşmanın əldə ediləcəyinə nikbin baxırsınızmı" sualına "mənə nikbin olmağım üçün maaş vermirlər", - cavabını verib. Kerri isə bu zarafatı davam etdirərək Lavrova "sənə nikbin olmağına yetəcək qədər maaş vermirlər", - deyərək hər kəsi güldürüb.


Sizin Reklam Yeriniz