Əlaqə Arxiv
news Image
2015.04.01
11:50
| A A A
Moldova prezidenti Moskvada Qələbə gününə qatılmayacaq

Moldovanın prezidenti Nikolay Timofti mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş bayram tədbirlərinə qatılmayacaq. Movqe.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova prezidentinin mətbuat katibi Vlad Tsurkanu bildirib."Prezident Timofti bu məsələ ilə bağlı mövqeyini bildirib. O, mayın 9-da Moskvaya səfər etməyəcək", deyə V.Tsurkanu bildirib.Onun sözlərinə görə, Nikolay Timofti Kişinyovda keçirilən bayram tədbirlərində iştirak edəcək.


Sizin Reklam Yeriniz