Əlaqə Arxiv
news Image
2012.08.16
15:09
| A A A
Riçard Morninqstar gələcəyi vaxtı açıqlayıb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstar qarşıdakı iki həftə ərzində Bakıya gələcək. "Turan"ın Vaşinqton müxbirinə danışan səfir özü belə deyib.

Məlumata görə, avqustun 15-də diplomat ABŞ-Azərbaycan Ticarət Palatasında çıxış edib. Yeni vəzifədə qatıldığı ilk ictimai tədbirdə səfirlə söhbətə amerikalılar, azərbaycanlılar və region üzrə çalışan təhlilçilər qatılıb. Görüş və səfirin çıxışı mətbuat üçün qapalı keçirilib.

ABŞ Senatı Riçard Morninqstarı Azərbaycana səfir postuna iyunun 29-da təsdiqləyib. O, ABŞ-ın Azərbaycanda səkkizinci səfiridir. Əvvəllər bu postu Riçard Mayls, Riçard Kozlariç, Stenli Eskudero, Ross Uilson, Rino Harniş, Enn Dörsi, Metyu Brayza tutublar.

Sizin Reklam Yeriniz