Yəməndə hava zərbələri nəticəsində 5 nəfər ölüb
Aprelin 4-də koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəməndə azı 5 nəfər ölüb.
Movqe.Az APA-ya istinadən bildirir ki, daha 3 nəfər xəsarət alıb.
Hava zərbəsinin paytaxt Səna yaxınlığında yerləşən silah-sursat anbarının ərazisinə endirildiyi bildirilir. Aviazərbələr nəticəsində bir neçə ev tamamilə dağılıb.
Xatırladaq ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə
Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu
beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə
üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.