Mexikoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulub
Şəhərdə Tlakskoake meydanı təmir olunduqdan sonra adı dəyişdirilərək Tlakskoake-Xocalı adlandırılıb
Avqustun 22-də Meksikanın paytaxtı Mexikodakı Azərbaycan-Meksika
dostluğu parkında Heydər Əliyevin heykəlinin açılışı olub. ANS
PRESS-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Elman Abdullayev bildirib. E. Abdullayevin sözlərinə
görə, dünən həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsinə
ucaldılmış abidənin də açılışı keçirilib.
Mexikonun Tlakskoake meydanı təmir olunduqdan sonra orada Xocalı abidəsi qoyulub və adı dəyişdirilərək Tlakskoake-Xocalı olub.
Açılış mərasimlərində baş nazirin müavini Əli Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Mexikonun meri Marselo Embrard, senatorlar, deputatlar iştirak ediblər.