Əlaqə Arxiv
news Image
2012.09.06
13:34
| A A A
"Erməni diasporunun Ramil Səfərovla bağlı Türkiyəni ittiham etməsini heyrətlə izləyirik"
“Ramil Səfərovun Azərbaycan prezidenti tərəfindən əfv edilməsindən hiddətlənən ABŞ-dakı erməni diasporu Türkiyəyə qarşı yeni qarayaxma kampaniyası aparır” "Budapeştdə NATO-nun təlim proqramı sırasında erməni zabiti Qurgen Markaryanı öldürdüyü üçün ömürlük həbsə məhkum olunan və bu yaxınlarda Macarıstan tərəfindən Azərbaycana ekstradisiya edilən Ramil Səfərovun Azərbaycan prezidenti, hörmətli İlham Əliyev tərəfindən əfv edilməsindən hiddətlənən ABŞ-dakı erməni diasporunun etirazlarını Türkiyəyə yönəltməsini heyrətlə izləyirik".
APA-nın xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Səlcuq Ünal jurnalistlərin sualına cavabında deyib. O bildirib ki, Türkiyə bu prosesin heç bir mərhələsində iştirak etməyib: "Türkiyənin əsassız iddiaların hədəfi halına gətirilməsi hər platformada Türkiyə əleyhdarlığını ənənəyə çevirmiş pis niyyətli dairələrin yeni qarayaxma kampaniyasıdır".
Sizin Reklam Yeriniz