Əlaqə Arxiv
news Image
2015.06.01
15:10
| A A A
Elmar Məmmədyarov: “ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda azәrbaycanlı girovların mәsәlәsini qaldırsın”
“Onlar tezliklә öz vәtәnlәrinә qayıtmalıdır”

"ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda olarkәn azәrbaycanlı girovların mәsәlәsinә toxunsun. Onlar tezliklә öz vәtәnlәrinә qayıtmalıdır".

Movqe.az-ın APA-ya istinadən mәlumatına görә, bu sözlәri Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiçlә görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib.

 Nazir xatırladıb ki, ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri birbaşa Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә mәşğuldular: "Azәrbaycan münaqişәnin hәlli ilә bağlı son sәnәdlәr üzәrindә tam şәkildә işlәmәyә hazırdır. Gözlәyirik ki, İrәvanda keçirilən görüşlәrdә bu mәsәlә yerindәn tәrpәnәcәk".

Sizin Reklam Yeriniz