Əlaqə Arxiv
news Image
2015.06.01
22:00
| A A A
Azərbaycan prezidenti Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iyunun 1-də Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, "Ağ Şəhər bulvarı" əvvəllər paytaxtın "Qara şəhər" kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.

Prezident rəmzi açılışı bildirən lenti kəsib.

Dövlət başçısının sərəncamı ilə inşa olunan Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək. Ağ Şəhər bulvarında 2 kilometr uzunluğu olan velosiped yolu yaradılıb.

Dövlət başçısı burada istirahət edən sakinlərlə görüşüb.

Yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq "Bakı Ağ Şəhər" layihəsini tamamlayır.

Bulvardakı "Bulvar Hotel"dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.

Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb.

Sizin Reklam Yeriniz