Əlaqə Arxiv
news Image
2015.06.02
11:25
| A A A
Prezident İlham Əliyev: “Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq formatı yaranmasını istəyirik”
“Avropa İttifaqının enerji siyasətində gedən proseslər göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir”

"Azərbaycanın təsdiqlənən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bir neçə yataqda iş aparılır, inanıram ki, təsdiqlənən ehtiyatlar daha böyük olacaq".

Movqe.az-ın məlumatına görə, bu sözləri Bakıda keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz  Sərgisinin ("Caspian Oil and Gas 2015") rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, enerji marşrutlarının şaxələndirilməsinin böyük önəmi var: "Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir. Biz bunu yaxşı bilirik, öz rolumuzu yaxşı anlayır və məsuliyyətimizi dərk edirik. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Bütün bunlar Avropa və Azərbaycan arasında münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq. Biz istəyirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq formatı təşkil olunsun".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir: "Bu, ölkəmizi gücləndirəcək, yeni siyasi və iqtisadi dividentlər gətirəcək, nəticədə Azərbaycan xalqının daha yaxşı yaşaması təmin olunacaq".

Dövlət başçısı Azərbaycanda islahatların davam etdiyini söyləyib: "Azərbaycanda böyük beynəlxalq tədbirlər, toplantılar da keçirilir. Biz qısa müddətdə - iki ildə Birinci Avropa Oyunlarına hazırlığı başa çatdırdıq. Bu, Azərbaycanın qüdrətini göstərir".

Sizin Reklam Yeriniz