Əlaqə Arxiv
news Image
2015.06.02
17:29
| A A A
“Əli Kərimli təşkil olunmuş hər mitinqə görə xaricdən 10 "paçka” dollar alır”

AXCP Nəsimi rayon şöbəsinin keçmiş üzvü Ülkər Kazımova AXCP sədri Əli Kərimli haqqında maraqlı faktlar ortaya qoydu. Özünün "facebook" səhifəsindən saytımıza yazılı fikir bildirən Ülkər Kazımova partiya daxilində demokratiyanın olmadığını dedi: "Əli Kərimlinin özü birbaşa diktatordur. Əli Kərimli təşkil olunmuş hər mitinqə görə xaricdən pul alır. Hazırda partiya sıralarında olan hər bir gəncə Əbülfəz Qurbanlı vasitəsi ilə 400 manat pul verir. Bunu mənə Bəyimxanım Vəliyeva deyib. Nə qədər verildiyini bilmirəm, ancaq Bəyimxanım hər mitinqə görə 10 "paçka" dollar verildiyini deyir. Bu vəsaiti Əli Kərimliyə Azərbaycana gələn turist vasitəsi ilə verirlər. Yaxud da Londonda oğluna çatdırırlar. Bundan başqa, Əli Kərimli sürücüsünə 1000, şəxsi mühafizəçilərinə isə ayda 400 manat əmək haqqı verir".

Xatırladaq ki, AXCP Nəsimi rayon şöbəsinin üzvü Ülkər Kazımova amyın 29-da ona qarşı haqsızlıqlara etiraz olaraq partiyadan istefa verib.

Sizin Reklam Yeriniz