Əlaqə Arxiv
news Image
2015.06.03
11:10
| A A A
Azərbaycan-Türkiyə birliyinə qarşı Doğançı-Gülənçi şəbəkə işə salınıb

Onların Azərbaycana qarşı kampaniyasının əsas səbəblərindən biri də Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana verdiyi dəstəkdir

Tarixin sınaqlarından hər dəfə üzüağ çıxanq və getdikcə daha da möhkəmlənən Azərbaycan-Türkiyə birliyi bu gün kifayət qədər geniş coğrafi məkanda hadisələrin inkişaf istiqamətini müəyyən edən əsas faktora çevrilməkdədir. Ölkələrimizin iştirakı il əhəyata keçrilən çoxsaylı layihələri buna konkret misal kimi göstərmək olar. Amma bu birlikdən ehtiyatlanan, ciddi şəkildə narahat olanların da sayı az deyil.  Elə anti-Türkiyə və anti-Azərbaycan dairələrinin sözügedən birliyə qarşı fəaliyyəti də bununla izah oluna bilər.

Hər vəchlə birliymizə xələl gətirmək istəyən dairələr xalqlarımızın qarşılıqlı münasibətlərindən, Türkiyə və Azərbaycan prezidentlərinin möhkəm dostluq əlaqələrindən çox qıcıqlanırlar. Bu səbəbdən birliyə qarşı müəyyən addımlar atır və fərqli vasitələrdən, o cümlədən nəzarətlərində olan media orqanlarından istifadə edirlər. Bu xüsusda Türkiyədən olan iş adamı Aydın Doğanın fəaliyyəti xüsusi ilə seçilir. "Doğan Holdinq"in qurucusu Aydın Doğan əvvəllər Türkiyədə hökuməti dəyişə bilən adam kimi xarakterizə edilirdi. 1997-ci ildə onu evində ziyarətə gələn Türkiyənin o zamankı Baş naziri Məsut Yılmazı pijama ilə qarşılaması uzun müddət ölkənin gündəmini zəbt etmişdi. Bəziləri bunu dövlətə qarşı hörmətsizlik, bəziləri isə Doğanın qüdrəti kimi izah etmişdilər. Lakin AKP-nin hakimiyyətə gəlişindən sonra  vəziyyət dəyişməyə başladı və Doğan əvvəlki kimi qüdrətli media maqnatı deyil. 

Biznes sektorundakı uğurlarını Vəhbi Koça borclu olan Aydın Doğanın media sektoruna ayaq basması 1979-cu ildə "Milliyət" qəzetini satın alması ilə başlayıb. Qeyd edək ki, bu hadisə həmin dövrdə Türkiyə cəmiyyətində heç də birmənalı qarşılanmamışdı. Çünki "Milliyət" qəzetinin baş redaktoru olan Abdi İpəkçi bütün qüvvəsi ilə qəzetin satılmasına qarşı çıxırdı. Ancaq Abdi İpəkçinın müəmmalı bir şəkildə sui-qəsdə qurban getməsindən sonra "Milliyyət"i əldə etmək üçün Aydın Doğanın əl-qolunu açır. O, qəzeti alır və nəzərdə tutduğu media layihəsini tam reallaşdırmağa müvəffəq olur. Türkiyənin CNN Türk, Kanal D, Euro D kimi nüfuzlu telekanallarının, habelə "Hürriyet", "Posta", "Radikal" kimi bir çox məşhur çap nəşrlərinin sahibi olan Aydın Doğan bütün bunlardan əlavə "Petrol Ofisi" adlı neft şirkətini də alıb.  Özü də "Petrol Ofisi"ni fırıldaqçı üsulla necə ələ keçirdiyini Türkiyədə yaxşı xatırlayırılar. Lazım gəldikdə o, nəzarətində olan media qurumlarını hökumət və Türkiyənin milli maraqları əleyhinə yönəldir. 

Doğan vaxtilə öz şirkətinin Azərbaycanda da fəaliyyətini təşkil etmək istəyib. Lakin bu cəhdlər uğurlu alınmayıb. Bəlkə də bu səbəbdəndir ki,  Aydın Doğan öz ölkəsində anti-Azərbaycan təbliğatına rəhbərlik edir. Bəlkə burada onun erməni mənşəli şəxs olması da az rol oynamır.  Məlumata görə, A.Doğan türk ailəsi tərəfindən götürülmüş və böyüdülmüş ermənidir. Özü də bu şəxs fəaliyyətində daim qanunsuzluqlara xüsusi diqqət yetirib.  Məsələn, Aydın Doğanın Türkiyə ordusunun generaliteti ilə korrupsiya əlaqələri sayəsində tenderdə uduzduğu halda xüsusi əmrlə necə qalib elan edildiyini öyrənmək üçün uzağa getmək lazım deyil. Bu haqda istefada olan general,  jandarma kəşfiyyatının keçmiş rəisi, keçmiş MHP-çi Altay Tokatın mətbuata göndərdiyi məktubda yazılıb. 2001-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ehtiyacı üçün 450 min ton yanacağın alınmasına dair keçirilən tenderdə Aydın Doğanın "Petrol Ofisi" şirkəti korrupsiya sövdələşməsi sayəsində qalib elan edilib. Həmin tenderdə ən sərfəli qiymət təklif edən şirkət ("Tarhan Şirketi") qalib gəlib, Aydın Doğanın şirkəti tenderdən çəkilib. Buna baxmayaraq xüsusi əmrlə tenderin qalibi "Petrol Ofisi" elan edilib. General "Petrol Ofisi"nin bu tenderdə qalib elan edilməsini Aydın Doğanla silahlı qüvvələrin o vaxtkı komandanlığı arasında korrupsiya əlaqələri ilə izah edirdi.

Çoxsaylı media qurumlarının rəhbəri olan bu şəxsin  siyasi proseslərdə iştirak etmək niyyətlərini reallaşdırmaqda bir vasitə kimi sahibi olduğu media qurumlarının imkanlarından geniş istifadə etdiyi bəllidir.  Müşahidələr belə deməyə əsas verir ki, hal-hazırda Türkiyədə Azərbaycanın əleyhinə təbliğat aparan və bu istiqamətdə fəaliyyətləri uzlaşan iki media quruluşu var. Bunlardan biri Türkiyədəki erməni mətbuatı, digəri isə Doğana məxsus KİV-lərdir. Xatırladaq ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin müzakirəyə çıxarıldığı zaman da Doğan mediası Azərbaycanın kölgəsini qılınclamaqla məşğul olub. Bu materiallarla yaxından tanış olmaq üçün o dövrün mətbuatına göz gəzdirmək kifayətdir. Elə həmin dövrdə Aydın Doğanın sevimli jurnalisti kimi tanınan, "Kanal D" telekanalının "Ana Xəbər" proqramının aparıcısı və "Posta" qəzetinin köşə yazarı Məmmədəli Birand efirdən Türkiyə hökumətini Ermənistanla sərhədləri açmağa, Azərbaycanın təsirinə düşməməyə çağırırdı. Ümumiyyətlə, Məmmədəli Birand ömrünün son günlərinədək anti-Azərbaycan fəaliyyəti ilə yadda qaldı. O, ölümündən əvvəl qələmə aldığı kitabında isə əslində türk olmadığını etiraf etmişdi. Bir faktı daha xatırlayaq. Keçən ilin sonlarında Azərbaycan ordusu tərəfindən Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin məhv edilməsi "CNN Türk" efirindən "Azərbaycan Dağlıq Qarabağa aid savaş helikopterini düşürdü" başlığı ilə verilmişdi, bununla da qondarma "Dağlıq Qarabağ rejimi" münaqişədə tərəf kimi təqdim olunmuşdu. Bu xəbəri izləyərkən, istər-istəməz, tamaşaçıda və ya oxucuda belə təəssürat yaranır ki, "CNN Türk" rəhbərliyi Qarabağ münaqişəsi ilə bağlı xəbərləri yayımlayarkən daha çox erməni mənbələrinə istinad edir. Çünki düşmən ölkənin media resurslarında yayımlanan bu tipli xəbərləri tez-tez "CNN Türk"ün efirindən, ümumiyyətlə "Doğan Media Qrupu"a aid KİV-lərdən dinləmək və ya oxumaq mümkündür. Müqayisə üçün qeyd edək ki, düşmən helikopterinin məhv edilməsi erməni "News.am" informasiya agentliyində "Dağlıq Qarabağ Respublikası hava qüvvələrinə məxsus M-24 tipli helikopter vuruldu" başlığı ilə yaymışdı. Artıq burada xəbərin təqdim edilmə üslubundakı oxşarlıqdan yox, eynilikdən danışmaq olar. Deməli, həm də belə düşünə bilərik ki, erməni mediası və "Doğan Media Qrupu" arasında müəyyən koordinasiya var.

Aydın Doğana məxsus olan "Radikal" qəzeti Türkiyə ermənilərinin ən çox əməkdaşlıq etdiyi qəzetlərdən biridir. "Radikal" qəzetinin erməni əsilli əməkdaşı Arıs Nalçı 2014-cü il 25 oktyabr tarixli "Kobaniyi Qarabağdan anlamaq" başlıqlı köşə yazısında Qarabağın işğal edilməsinə haqq qazandırılır, erməni işğalı "milli-azadlıq mübarizəsi" kimi təqdim edilir.  "Radikal"ın ən məşhur və ərköyün köşə yazarlarından biri Türkiyə ermənisi Baskın Orandır. Hesab edilir ki, A.Doğan Türk dünyasında inteqrasiya prosesinə mane olmaq istəyən, eyni zamanda türk birliyini potensial təhlükə olaraq görən müxtəlif xarici dairələrin qarşısında öhdəlik götürüb. "Doğan Holdinq"in Azərbaycan iqtisadi məkanında uğursuz fəaliyyəti də məlum mövqeyə əsas kimi göstərilən səbəblər sırasındadır. Bəzi ekspertlər hesab edirlər ki, neft yataqlarının istismarı, neft emalı və satışı ilə məşğul olan Aydın Doğanın SOCAR-ın Türkiyədə və regionda aktiv fəaliyyətini həzm edə bilmir. Digər tərəfdən, "Doğan Media Qrupu"nda erməni mənşəli Türkiyə vətəndaşlarının və eyni zamanda gizli ermənilərin olması, həmçinin Aydın Doğanın mübahisəli etnik kimliyi, erməni mənşəli olması barədə yayılmış məlumatlar da onun anti-Türkiyə və anti-Azərbaycan fəaliyyətini səciyyələndirən amillər sırasında göstərilir. 

Bu arada Doğana məxsus "Hürriyyət" qəzeti isə Azərbaycana qarşı davamlı şəkildə gözdənsalma kampaniyası həyata keçirən media orqanlarınıdır. Təsadüfi deyil ki, bu qəzetin əməkdaşı, A.Doğana yaxınlığı ilə tanınan jurnalist Tolqa Tanış Qərbin xüsusi xidmət orqanları tərəfindən idarə olunan OCCRP adlı jurnalist qurumunun üzvlərindən biridir. O, bu qurumun  Azərbaycana qarşı  həyata keçirdiyi qara piar kampaniyasında fəal iştirakı ilə seçilir. 

 "Doğan Media Qrupu" Azərbaycanda insan hüquqları, demokratiyanın durumu və digər mövzular haqqında çoxsaylı qeyri-obyektiv və qərəzli materiallar yaymaqla, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini təhrif edərək ictimai rəyi Ermənistanın lehinə yönəltməyə çalışır. Türkiyə və Ermənistan diplomatları arasında Sürixdə otellərdən birində gizli danışıqların başladığı haqda xəbəri ilk yayan da məhz Doğanın ruporu "Hürriyet" olmuşdu.

Qəzet Türkiyə hökumətinin Ermənistanla barışıq və sərhədləri açmaq səylərinə dəstək verirdi, bu zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması şərtinin kənara qoyulacağını göstərirdi. Proses başlayandan etibarən Doğanın KİV-ləri Türkiyənin Qarabağın işğaldan azad edilməsini gözləmədən Ermənistanla sərhədləri açması planına çox fəal dəstək verirdi, hökumətin "erməni açılımı" geniş təbliğ olunurdu. Holdinqə daxil olan KİV-lərin əməkdaşları, o cümlədən Aydın Doğanın telekanallarının çəkiliş qrupu tez-tez İrəvana, Ermənistan-Türkiyə sərhədinə ezam edilirdi. 

Aydın Doğanın Azərbaycana qarşı düşmənçilik mövqeyi təkcə onun erməni köklərindən irəli gəlmir. Görünür, bu münasibətin arxasında onun hamıya yaxşı tanış olan Fətullah Gülənin başçılıq etdiyi, Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlı olan nurçular qrupu ilə son zamanlar yaranan müttəfiqliyi də dayanır.

Nurçuların mövqeynin ölkədə zəiflədilməsi bu qüvvələrə sərf etmir. Əlbəttə ki, bu bədxahları Prezident İlham Əliyevin həm Gülənin başçılıq etdiyi, Azərbaycanda  möhkəmlənməyə çalışan nurçu şəbəkəyə münasibətdə sərt mövqeyi də narahat edir. Dövlət başçısının gülənçilərlə həlledici mübarizədə türkiyəli həmkarınə necə dəstək verməsini də bu qüvvələr həzm edə bilmirlər. . 

İndi  onlar ölkəmizə qarşı çirkin kampaniyadan əl çəkimrlər. Lakin onu da bilməlidirlər ki, bu halda  gülənçi şəbəkə Azərbaycandakı biznesindən, media strukturlarından, Qafqaz Universitetinin fəaliyyətindən narahat olmalıdırlar. Doğançıların da mediasının Azərspace-də onların yayımının dayandırılması təhlükəsi ilə üz-üzə qala bilər.  Onsuz da "Doğan Media Qrupu"nun daxili ictimai rəydə nüfuzu aşkar dərəcədə geriləyib. Lakin bu media vasitələri yenə könül bulandırmaqda davam edirlər və onların hədəfləri Azərbaycan-Türkiyə işbirliyinə xələl gətirməyə çalışmaqdır. 


Sizin Reklam Yeriniz