Əlaqə Arxiv
news Image
2012.09.11
15:16
| A A A
“Ermənistan Ramil Səfərovun qanuni ekstradisiyasından Macarıstana qarşı istifadə edir”
Avropalı parlamentarlar Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın nümayiş etdirdiyi mövqeyi kəskin şəkildə pisləməkdə davam edirlər.
Almaniya Bundestaqının üzvü, hakim Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı (CDU/CSU) parlament (Bundestaq) fraksiyasının Xarici siyasət üzrə işçi qrupunun sədri Florian Hahn Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökumətinin aqressiv mövqeyinə münasibət bildirib. Avropa Azərbaycan CəmiyyətindənAPA-ya verilən məlumata görə, deputat bu yaxınlarda Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı parlament fraksiyasının 1992-ci ildən Dağlıq Qarabağ və onun ətrafında yerləşən Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar sənəd qəbul edib: "Sənəddə vurğulanırdı ki, tərəflər konfliktin aradan qaldırılmasının indiyədək olan formasını ətraflı götür-qoy etsin və münaqişənin həlli prosesinə yeni təkan versin. Konfliktin sülh yolu ilə həlli və münasibətlərin normallaşdırılması bütün regionda müsbət iqtisadi və ictimai stimul yaradacaqdır. Buna görə də Ermənistanın rəsmi hakimiyyət dairələrinin Ramil Səfərovun Macarıstan tərəfindən vətəni Azərbaycana qaytarılmasına olan reaksiyaları daha artıq narahatlıq yaradır".
Florian Hahn qeyd edib ki, Ermənistan qanuniliyinə heç bir şübhə olmayan bu ekstradisiyadan Macarıstana qarşı istifadə edir: "Ermənistan qanuniliyinə heç bir şübhə olmayan bu ekstradisiyadan bizim Avropa partnyorumuz olan Macarıstana qarşı istifadə edir. Ermənistan tərəfindən Macarıstan hökumətinin beynəlxalq hüquq normalarına əsaslanan qanuni hərəkətinə qarşı reaksiyalarının davam etməsi Cənubi Qafqazda kövrək olan atəşkəsə daha ağır zərbə vura və onun pozulmasına gətirib çıxara bilər.
Almaniya gələcəkdə də ATƏT-də, NATO-da və Birləşmiş Millətlər Təşkilatındakı dostları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinə daha dərindən diqqət yetirəcək. Ancaq səylər Ermənistanın Macarıstanla diplomatik əlaqələrinin kəsilməsi kimi reaksiyalarla dayandırılmamalıdır. Belə hərəkət Avropa Birliyinin Ermənistanla Şərq tərəfdaşlığı çərçivəsində əməli dialoquna mane olur."
Qeyd edək ki, hakim Xristian Demokrat İttifaqı/ Xristian- Sosial İttifaqı parlament fraksiyasının Xarici siyasət komitəsinin sözçüsü Filip Misfelder və Xristian Demokrat partiyasından parlamentin üzvü Olav Guttinq də Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistanın mövqeyinə etirazlarını bildirib, diqqəti Ermənistanın Xocalıda törətdiyi qırğınlara və 2012-ci il iyulun 19-da Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qeyri- qanuni "prezident seçkilərinə" cəlb edib. Onlar Ramil Səfərovun ekstradisiyası qanunauyğun hal kimi qiymətləndiriblər.
Sizin Reklam Yeriniz