Əlaqə Arxiv
news Image
2015.06.08
19:30
| A A A
Kreml: Vladimir Putin Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-13-də Azərbaycana səfər edəcək
Rusiya prezidenti Vladimir Putin iyunun 12-13-də Azərbaycana səfər edəcək.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, səfərin məqsədi Bakıda keçiriləcək Avropa oyunlarının açılış mərasimində iştirak etməkdir.

Məlumatda qeyd olunur ki, V. Putinin Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılıb.

Rusiya prezidentinin mərasim iştirakçıları ilə də ikitərəfli görüşlərinin keçirilməsinin mümkünlüyü də qeyd olunub.

Sizin Reklam Yeriniz