Avropa Oyunları fonunda müəyyən xarici dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyası aparması heç kimə sirr deyil. Bu günlərdə isə BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları kommisarı Nils Mujnieksin "OpenDemocracy" portalında yayılmış ortaq məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribat cəhdi hesab olunur.
Lakin sözügedən 3 şəxsin indiki mövqeyi beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyət kimi dəyərləndirilməlidir. Çünki həmin 3 şəxs insan haqları məsələsinə cavabdeh olduqları halda, məqalədən də görünür ki, təmsil olunduqları statusdan kənara çıxaraq, yaxınlaşan idman Oyunlarına ləkə salmağa çalışırlar.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu addım həmin üç nəfərin vəzifə səlahiyyətindən kənara çıxaraq şəxsi münasibətlərini ortaya qoymalarının nəticəsidir: "Hesab edirəm ki, ölkəmizə qarşı bu təxribat xarakterli məqalə də BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları kommisarı Nils Mujnieksin şəxsi əqidəsindən irəli gələn məsələdir. Vəzifə mədəniyyəti onların şəxsi əqidəsini bir kənara qoyaraq, məhz vəzifəsinin səlahiyyəti çərçivəsində hərəkət etməyi tələb edir. Təəssüf ki, bu prinsiplər yaddan çıxır. Onlar özlərinin hansısa bir ölkəyə, hansısa bir məsələyə şəxsi münasibətini hər şeydən önə çəkirlər. Bu gün Azərbaycan dünya birliyinin fəal və nüfuzlu üzvlərindən biridir. Avropa ilə əməkdaşlığa yüksək əhəmiyyət verən və bu istiqamətdə böyük işlər görmüş müstəqil dövlətik. Bu baxımdan Azərbaycanda cərəyan edən işlər əslində, Avropada maraq doğurur. Bir neçə şəxsin Azərbaycanla bağlı qeyri-obyektiv çıxışı heç də reallığı əks etdirmir. Bir neçə gündən sonra ölkəmizdə açılışı gözlənilən yarışlar Azərbaycanın deyil, Avropanın tədbiridir. Məhz Avropanın verdiyi mandat əsasında Azərbaycan bu Oyunları yüksək şəkildə təşkil edir. Görünür, Avropada müəyyən dairələr hesab edirdi ki, iki il ərzində Azərbaycan yarışlara hazırlığı tam şəkildə başa çatdıra bilməyəcək. Ona görə də iki il bundan əvvəl Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediləndə öz etirazlarını bildirməmişdilər. Onlar hesab edirdi ki, Azərbaycan bu işin öhdəsindən gələ bilməyəcək və sonradan ölkəmizi qınamaq üçün yeni bir arqument təqdim edəcəklər. Amma bu, onların əlindən çıxdı. Azərbaycan yüksək məsuliyyət və eyni zamanda, müasirlik ortaya qoydu. Bu zaman bəziləri ölkəmizə qarşı sadəcə olaraq, aqressiv münasibət sərgiləməkdən başqa digər variant tapa bilmədilər. Təəssüf edirəm ki, Avropada bir neçə səlahiyyətli şəxs bu gün özünün Azərbaycana qarşı olan antipatiyasını vəzifə səlahiyyətindən kənara çıxarıb. Bu isə yolverilməzdir, onların fəaliyyətində bu amil qara ləkə kimi qalacaq. Ancaq əsas odur ki, obyektiv, demokratik Avropa Azərbaycanla bir yerdədir. İyunun 12-də startı veriləcək idman bayramını dostluq və sülh şəraitində Azərbaycanla birgə qeyd edəcəklər".
Millət vəkili Fəzail İbrahimli düşünür ki, ölkəmizə qarşı
təxribata keçən bu şəxslər müəyyən qüvvələrin təsiri altında
olduqlarından buna gedirlər: "Dünya siyasət və maddiyyat üzərində
qurulub. Bəzən siyasəti də maddiyyat təmin edir. Daha filosofluq
etməyə ehtiyac qalmır. Dünyada gedən siyasət, haqqın-ədalətin
ünvanının zor olduğu bir məqamda belə şeylər bizim üçün xüsusi
təsir doğurmamalı, əhvalımıza təsir etməməlidir. Karvan öz yolu ilə
gedir. Azərbaycan inkişaf edir. Dünya miqyasına çıxır. Ölkəmiz
Avropa ailəsinə qoşulur. Azərbaycanın uğurları
artdıqca, ölkəmizə qarşı olan belə xarakterli məsələlərin fəlsəfəsi
də güclənir. Onlar Azərbaycanla bağlı xüsusi qayğı çəkən insanlar
da deyil. Azərbaycanın inkişafı da onlar üçün maraqsızdır.
Həmçinin, ölkəmizdəki insan hüquqları məsələsi də onlar üçün
maraqsızdır. Öz ölkələrində gedən proseslərin özü də onlar üçün
xüsusi önəm kəsb etmir. Azərbaycanla bağlı təxribat xarakterli
məsələlərin onların dilindən səslənməsi ancaq və ancaq təmsil
olunduqları siyasi dairələrin təsirindəndir. Hələ bilmirik, seçki
kampaniyası dövründə onların maliyyəsini kimlər təşkil edib. Bəlkə
də ermənilərin maliyyələşdirdiyi deputatlardır. Onlar Azərbaycanı
sevməyən qüvvələrin ağuşunda olan adamlardır. Təbii olaraq da
Azərbaycanı sevməyən qüvvələrin dostluğunda olan adamlar da
anti-Azərbaycan mövqeyində durmalıdır. 10 ildən çoxdur Avropa
Şurasında təmsil olunuram. Orada da bu xarakterli məsələlər baş
verir. Ona görə də həmin 3 nəfərin sözügedən məqaləsi bizim üçün
təəccüb doğurmamalıdır. Sadəcə olaraq, öz işimizlə məşğuluq.
Azərbaycan ilk Avropa Oyunlarını keçirmək missiyasını üzərinə
götürüb və bu istiqamətdə uğurlarını davam etdirir. Bu Oyunlarla
Azərbaycan mədəniyyətini dünyaya göstərəcəyik. Ölkəmiz haqqında
olan böhtanların yanlış olduğunu sübut edəcək və Azərbaycan
həqiqətlərini üzə çıxaracağıq. Ölkəmizi istəməyənlər isə narahatdır
ki, Azərbaycanla bağlı şantaj xarakterli hərəkətləri üzə çıxanda
özləri ifşa olunacaqlar". mily:"Arial TUR";
mso-fareast-font-family:"Times New
Roman";mso-ansi-language:RU;mso-fareast-language:
RU;mso-bidi-language:AR-SA'>ılarla dost münasibətlərə nail olmaq
gərəkdir ki, kənardan ikincilər əngəllər yaratmasın. Azərbaycan
siyasəti bu istiqamətdə nə mümkündür, edir".