Əlaqə Arxiv
news Image
2015.06.11
10:30
| A A A
Avropa Oyunları Azərbaycanın dünyada mövqelərini daha güclü hala gətirir
Fərəc Quliyev: “Avropa Oyunları yarışlar başa çatdıqdan sonra da Azərbaycanın dünyadakı mövqeyinə müsbət mənada təsir göstərməkdə davam edəcək”

Ölkəmizdə keçiriləcək I Avropa Oyunları artıq Azərbaycan reallıqlarının dünyaya daha dolğun şəkildə çatdırılmasında mühüm rol oynayır. Artıq bu Oyunlar ərəfəsi aparılan işlər, təbliğat yönündə görülən tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, dünyada getdikcə daha çox insan Azərbaycan həqiqətləri haqqında məlumat almaq imkanı əldə edir. 

Məsələ ilə bağlı münasibətini  öyrəndiyimiz millət vəkili  Fərəc Quliyev bu qənaətdədir ki, Avropa Oyunları yarışlar başa çatdıqdan sonra da Azərbaycanın dünyadakı mövqeyinə müsbət mənada təsir göstərməkdə davam edəcək: "Onu deyim ki, artıq Avropa Oyunlarına hazırlıq dövründə görülən işlər fonunda Azərbaycan reallıqlarının dünyaya çatdırılması sahəsində müəyyən nəticələr də əldə edilib. Bura gələn nümayəndələr, akkreditasiya olunmuş 1800-ə qədər jurnalistlər özləri  əvvəldən Azərbaycan haqqında məlumat toplayırlar. Bu da informasiya əldə etməyin bir üsuludur. Bundan başqa, yarışlarda iştirak edəcək 6 min idmançı, 50 ölkədən müəyyən rəsmilər, digər şəxslər də Azərbaycan reallıqlarının nədən ibarət olduğunu yerində görür və düynyaya çatdırırlar. Onlara da informasiya toplamaq lazım gəlir ki, bunu da əvvəldən toplayırlar. 

Üstəlik indidən bəzi mərasimlər, təqdimat xarakterli tədbirlər də olub və olur ki, bunlar da ölkə reallıqlarının xaricə çatdırılmasında əsaslı rol oynayır. Gələn qonaqlar bölgələrə də gedərək, oraların da vəziyyəti, görülən işlər, inkişafla tanış olacaq yerli əhali ilə təmasda olacaqlar. Ona görə deyirəm ki, indinin özündə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində nəticələr əldə olunub. Hər halda bu istiqamətdə daha çox çalışmalıyıq ki, gələn qonaqlara Qarabağ münaqişəsi il əbğalı həqiqətləri, qaçqın və məcburi köçkünlərimizlə bağlı da  real mənzərəni bütün çılpaqlığı ilə çatdıra bilək. Aydındır ki, Azərbaycana  gələcək xarici jurnalistlər yarışlar başa çatandan sonra, ölkələrinə qayıtdıqda məşhur qəzetlərdə, media vasitələrində  gördükləri mənzərəni nəql etmək, yazmaqla da ölkəmizin təbliğatında iştirak etməkdə davam edəcəklər. 50-ə yaxın xarici televiziya Azərbaycan həqiqətlərini translyasiya edəcək. Bu  Oyunları Azərbaycanın yaxın gələcəkdə  xarici mövqeyinin daha da güclənməsi yolunda ciddi fürsət hesab edirəm. Təəssüf ki, Azərbaycana qarşı məkrli  münasibətdə olan bədxahlar, erməni lobbisinin təsiri altında olanlar, daxildəki bəzi qurumlar da bu Oyunların boykot edilməsinə çalışdılar. Amma proseslər göstərdi ki, onların bu çirkin niyyətləri puça çıxıb. Bu Oyunların ölkəmizin imicinin möhkəmlənməsi sahəsində çox ciddi nəticələri var və bu istiqamətdə Oyunlardan sonra da daha ciddi nəticələrin olacağı qaçılmazdır". 

 



Sizin Reklam Yeriniz