Əlaqə Arxiv
news Image
2015.06.13
14:15
| A A A
Nazir: "Avropa Oyunları ilә bağlı tәşkilat komitәsi müraciәt edәn bütün jurnalistlәrә akkreditasiya verir"
"Avropa ölkәləri açılışda yüksәk sәviyyәdә tәmsil olunub"

"Avropa Oyunları ilә bağlı tәşkilat komitәsi müraciәt edәn bütün jurnalistlәrә akkreditasiya verir".

 

Movqe.az-ın APA-ya istinadən mәlumatına görә, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib.

 

Onun sözlәrinı görә, oyunlarla bağlı 5 mindәn artıq jurnalist akkreditasiya üçün müraciәt edib. "Hökumәt isә hәr hansı jurnalistin gәlişini müxtәlif әsaslarla ya tәsdiq, ya da imtina edә bilәr. Bu, ölkәnin daxili qaydasıdır. Tutaq ki, Azәrbaycanın icazәsi olmadan Dağlıq Qarabağa daxil olan jurnalistin ölkәyә gәlmәsi qadağandır. Münaqişә hәll olduqdan sonra bu qadağa olmayacaq. Biz hökumәtin qәrarından sonra akkreditasiyanı veririk".

 

Nazir mediada açılış mәrasimindә milli elementlәrin çox olması mәsәlәsinə də münasibәt bildirib: "Әslindә, bu, ev sahibliyi edәn tәrәfdәn asılıdır. Mәrasimdә Avropa bәstәkarlarının da musiqilәri sәslәnib. Digәr elementlәr dә olub. Bu, Avropa-Azәrbaycan әlaqәlәrinin göstәricisidir. Amma biz bu şansdan istifadә edib mәdәniyyәtimizi də göstәrmәyә çalışırıq. Düşünürәm ki, hər şey balanslı idi, belə yanaşma düzgün deyil".

 

Avropa ölkәrinin liderlәrinin Azәrbaycana sәfәr etmәmәsi ilә bağlı fikirlәrә də münasibәt bildirәn Azad Rәhimov qeyd edib ki, Avropadan kifayәt qәdәr dövlәt vә hökumәt başçısı mәrasimә qatılıb: "Bunu yalnız Azәrbaycana vә xalqımız qərəzli yanaşan şәxs yaza bilәr. Avropa ölkәləri açılışda yüksәk sәviyyәdә tәmsil olunub". 


Sizin Reklam Yeriniz