Əlaqə Arxiv
news Image
2015.06.13
14:20
| A A A
Avropa Oyunları Komitəsinin prezidenti: “Bu gün qitə oyunlarına çatışmayan beşinci həlqəni əlavə edirik”
“Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır. Biz bu gün qitə oyunlarına çatışmayan beşinci həlqəni əlavə edirik”.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimində çıxış edən Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki söyləyib. 


P. Hikki deyib ki, bütün bunlara görə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür edir: "Siz qürur doğuran yoldasınız, sizinlə bu yolda addımlamaqdan şərəf duyuruq. İdmançılar üçün möhtəşəm səhnə hazırlandı. İdmançıların bir çoxu növbəti Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Sizi adınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram".


Sizin Reklam Yeriniz