Əlaqə Arxiv
news Image
2015.06.13
14:30
| A A A
ABŞ Dövlət Departamenti viza və xarici pasportların verilməsini dayandırıb
ABŞ Dövlət Departamenti texniki nasazlığa görə xarici səfirliklərdə viza və xarici pasportların verilməsini dayandırıb.

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.

 

Məlumata görə, sənədləşmə ilə bağlı iyunun 9-dan etibarən müraciət edən şəxslər gecikmələrlə üzləşə bilər.

 

Problemin ancaq ABŞ-ın xaricdəki nümayəndəliklərində yaşandığı vurğulanır. "Biz problemin tezliklə həll olunması üçün çalışırıq", açıqlamada qeyd edilir. 

Sizin Reklam Yeriniz