Əlaqə Arxiv
news Image
2015.06.13
16:30
| A A A
Katrin Uqvu: Acılış mərasimində Ledi Qaqanın iştirakını çətinliklə sirr saxladıq
I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə məşğul olan təxminən 350 nəfərdən ibarət komanda var. Bundan başqa, bu işə təxminən 2000 könüllü dəstək verir.

Movqe.az-ın Trendə istinadən məlumatına görə, bunu Avropa Oyunları Әmaliyyatlar Komitəsinin Mərasimlər üzrə direktoru Katrin Uqvu I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib: "Bunlardan əlavə, 40-dan çox ölkədən gələrək burada iştirak ediblər. Onlardan bir çoxu əvvəllər digər olimpiya oyunlarında iştirak ediblər".


K.Uqvu bildirib ki, acılış mərasimində Ledi Qaqanın iştirakını böyük çətinliklə bir sirr kimi saxlaya biliblər: "Biz düşündük ki, bunun bu mərasimdə bir sürpriz formasında çatdırılması daha maraqlı olar. Әslində, bunu qapalı saxlamaq çətin idi. Biz Ledi Qaqa ilə çox sıx əməkdaşlıq etdik ki, o, bunu sirr kimi saxlasın. O, bir neçə gün ərzində hoteldə oldu və özünü göstərməmək üçün hoteldə qaldı. Mən bu işin baş tutmasına kömək edən hər bir kəsə təşəkkür edirəm".

Sizin Reklam Yeriniz