Əlaqə Arxiv
news Image
2015.06.13
20:00
| A A A
Fransalı senator: “Azərbaycan I Avropa Oyunlarının açılış mərasimini əzəmətli təşkil etdi”

Azərbaycan balaca ölkə olmasına baxmayaraq, I Avropa Oyunlarının açılış mərasimini əzəmətli təşkil edə bildi. Movqe.az-ın Trend-ə istinadən məlumatına əsasən, bunu Fransa Senatı nəzdində fəaliyyət göstərən Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reyhard mətbuat konfransı zamanı deyib.


Senator bildirib ki, Fransa Bakıda I Avropa Oyunlarının keçirilməsini dəstəkləyir: "Bizim nümayəndə heyətimiz Oyunlarda ən böyük heyətlərdən biridir".


A.Reyhard qeyd edib ki, müstəqillik baxımından Azərbaycan gənc ölkədir, lakin belə böyük miqyaslı tədbir keçirir: "Buna baxmayaraq, ölkə tənqidlərə məruz qalır. Fransa və Azərbaycan arasındakı münasibətlərin inkişafını dəstəkləməyə hazıram".

Sizin Reklam Yeriniz