Əlaqə Arxiv
news Image
2015.06.13
20:30
| A A A
Natali Qule: “Azərbaycanda tolerantlığın şahidi oldum”
“Azərbaycanda tolerantlığın, yüksək dini, milli dözümlülüyün şahidi oldum”.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bunu Fransa senatının üzvü Natali Qule bu gün Bakıda Mətbuat Şurasının təşkil etdiyi görüşdə bildirib. O qeyd edib ki, ötən gecə Birinci Avropa Oyunlarının açılışında Ermənistan nümayəndə heyətinin keçidinə yaradılan şərait buna misal kimi göstərilə bilər: "Bu adi məsələ deyil, iki ölkə arasında münasibətlərin gərgin olduğu vaxtda yaradılan şərait yüksək dözümlülükdən xəbər verir".

 

Senat üzvünün sözlərinə görə, Azərbaycan Qərbin tərəfdaşıdır: "Azərbaycanın strateji mövqeyi bizim üçün əhəmiyyətlidir. Biz regionda Azərbaycana strateji tərəfdaş kimi böyük önəm veririk".

Sizin Reklam Yeriniz