Əlaqə Arxiv
news Image
2015.06.13
17:50
| A A A
Bakıda Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib
Vladimir Putin: "I Avropa Oyunlarının açılış mərasimi irimiqyaslı beynəlxalq idman tədbirinə layiq çox istedadlı və gözəl hazırlanmışdı"

Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib.

 

Movqe.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, o cümlədən iqtisadi ticarət sahəsindəki vəziyyət müzakirə olunub.

 

Azərbaycan prezidenti öncə 12 İyun - Rusiyanın Müstəqillik günü münasibətilə V. Putini və Rusiya xalqını təbrik edib: "Rusiyanın müstəqillik günündə Sizin ölkəmizə səfər etməyinizi yüksək qiymətləndirir, buna ölkələrimiz arasında dostluğun və yüksək səviyyədə əməkdaşlığın təzahürü kimi baxırıq.

 

Həqiqətən də, ölkələrimiz arasında münasibətlər çox müsbət və dinamik inkişaf edir. Sizinlə müntəzəm olaraq Moskvada, Bakıda və digər yerlərdə görüşürük. Eləcə də bizim nazirlər görüşürlər. Bütün istiqamətlərdə aktiv dialoq gedir, parlamentlərarası əlaqələr möhkəmlənir, iqtisadi sahədə yaxşı nəticələr var. Dünya iqtisadiyyatında çətinliklərə baxmayaraq, bu sahədə də qarşılıqlı əməkdaşlığın potensialını möhkəmləndiririk. Humanitar sahə, mən deyərdim, hər zaman bizim münasibətlərdə nümunə olub.

 

Başqa sözlə, ölkələrimiz arasında münasibətlərin səviyyəsi elə qurulub ki, fəal əməkdaşlıq etməyə, əməkdaşlığı möhkəmləndirməyə və gələcəyə nikbin baxmağa imkan verir". 

 

V. Putin isə Azərbaycan prezidentini dünən baş tutan I Avropa Oyunlarının açılış mərasimi münasibəti ilə təbrik edib: "Deməliyəm ki, bu, çox təsirli tamaşa idi. İrimiqyaslı beynəlxalq idman tədbirinə layiq çox istedadlı, gözəl tamaşa hazırlanmışdı.

 

Sizin dövlətlərarası münasibətlərin xarakteri və səviyyəsi barədə qiymətləndirmənizi bölüşürəm. Qeyd etmək istəyirəm ki, iqtisadiyyatdakı mövcud probemlərə baxmayaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artır. Keçən ilin birinci rübündə 12 faiz, bu ilin birinci rübündə isə 6 faiz artım olub. Bu, ondan xəbər verir ki, azərbaycanlı sahibkarlar bizim bazarlardakı vəziyyətdən istifadə edirlər. Qeyd etmək istəyirəm ki, biz bundan məmnun, əməkdaşlığın genişləndirilməsində maraqlıyıq".


Sizin Reklam Yeriniz