Əlaqə Arxiv
news Image
2015.06.17
21:00
| A A A
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2016-cı il yanvarın sonuna qədər uzadacaq
Avropa İttifaqı ölkələrinin Brüsseldəki daimi nümayəndələri Rusiya Federasiyasına qarşı tətbiq olunmuş sanksiyaların müddətinin 2016-clı il yanvarın sonuna qədər uzadılması barədə razılığa gəliblər.

Movqe.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb. Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iyunun 22-də keçiriləcək toplantısında bu razılıq əsasında sanksiyaların müddətinin daha yarım il uzadılması rəsmiləşəcək.  

 

Xatırladaq ki, sanksiyalar ötən il Krımın Rusiya tərəfindən ilhaqından sonra tətbiq olunmuşdu və enerji, müdafiə, maliyyə sektorlarını əhatə edir.  

Sizin Reklam Yeriniz