Əlaqə Arxiv
news Image
2015.06.19
18:20
| A A A
Gürcüstan səfirliyi ​Tbilisidəki təbii fəlakətdən zərərçəkənlərə yardıma görə Azərbaycana minnətdarlığını bildirib

Diplomatik nümayəndəlik bankda xüsusi hesab açıb

Gürcüstanın Azərbaycandakı səfirliyi Tbilisidə baş vermiş təbii fəlakəti öz dərdi kimi qəbul edərək gürcü xalqı ilə həmrəy olan azərbaycanlılara dərin minnətdarlığını bildirib.

Səfirlikdən Movqe.Az-a bildiriblər ki, bu il iyunun 13-dən 14-nə keçən gecə Tbilisi şəhərində baş verən təbii fəlakət nəticəsində 19 nəfər həlak olub, itkin düşənlərin axtarışları bu günə qədər davam etdirilir.

"Təbii fəlakət şəhər infrastrukturuna böyük ziyan vurub, şəhərin mərkəzi rayonlarının birində yollar, körpülər, yaşıllıqlar və digər obyektlər məhv olub, nəqliyyat və piyadaların hərəkəti çətinləşib. Tarixi obyekt olan Tbilisi zooparkı tamamilə məhv olub və onun sakinlərinin əksəriyyəti tələf olub",- səfirlikdən bildirilib.

Səfirlikdən məlumat verilir ki, bu günə qədər səfirliyə sadə insanlar, hökumət və qeyri-hökumət nümayəndələri, işgüzar strukturlar müraciət edərək başsağlığı verir və fəlakətdən ziyan çəkmiş insanlara öz yardımlarını təklif edirlər.

Bununla əlaqədar Gürcüstan səfirliyi, Azərbaycan Beynəlxalq Bankında azərbaycanlı fiziki və hüquqi şəxslərin könüllü ianələri üçün xüsusi bank hesabı açıb. Həmin hesab nömrəsini aşağıda təqdim edirik:

BeneficiaryBank: TheInternationalBankofAzerbaijanRepublik,

"IBA-PREMIER", CUSTOMERSERVICE

SWIFT: IBAZAZ2X

Nizamistr.,67, Phone:(+99412) 493-00-91

Beneficiary: EMBASSYOFGEORGIA

IBANN: AZ10IBAZ39020028409416149120

Sizin Reklam Yeriniz