Əlaqə Arxiv
news Image
2015.06.19
19:10
| A A A
Putin: “Rusiya Qərblə əməkdaşlığa hazırdır”
“BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ilə əlaqələrin genişlənməsinə baxmayaraq, Rusiya Qərb ilə əməkdaşlığa hazırdır”.

Movqe.az-ın "gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib.

 

"Yeni qlobal artım mərkəzləri ilə fəal əməkdaşlıq Qərb tərəfdaşlarımızla dialoqa az önəm verməyimiz anlamına gəlmir. Əminəm ki, əməkdaşlığımız mütləq davam etdiriləcək", - deyə V. Putin vurğulayıb.

 

Rusiya prezidenti Latın Amerikası və BRİKS ölkələri ilə iqtisadi əməkdaşlığın böyük potensialının olduğunu vurğulayıb.

Sizin Reklam Yeriniz