Əlaqə Arxiv
news Image
2015.06.23
11:40
| A A A
Türkiyədə yeni seçilən millət vəkilləri bu gün and içəcək
Yeni sədr seçilənədək parlamentə Dəniz Baykal sədrlik edəcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin 25-ci çağırışın ilk toplantısı keçiriləcək.

Movqe.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, 550 millət vəkili bir-bir and içəcək. Yeni sədr seçilənədək parlamentə ən yaşlı deputat Dəniz Baykal sədrlik edəcək.

Andiçmədən sonra yeni sədr seçkisi keçiriləcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə Ədalət və İnkişaf Partiyasından Nabi Avcı, Cümhuriyyət Xalq Partiyasından Dəniz Baykal və partiyanın sözçüsü Halik Koç, Milliyyətçi Hərəkat Partiyasından Ekmələddin İhsanoğlu və Murad Başəsgioğlunun namizədliklərinin irəli sürüləcəyi ehtimal olunur. Xalqların Demokratik Partiyasının namizədinin Mirmehmet Fırat olduğu açıqlanıb.

Məclis sədrliyinə namizədə ilk iki turda bütün deputatların 2/3-si səs verməlidir. Bu turlarda namizəd yetərincə səs toplamazsa, o zaman üçüncü turda səslərin yarısından çoxunu qazanan namizəd sədr seçiləcək. Bu turda da məclis sədri seçilməzsə, o zaman 4-cü turda ən çox səs qazanan namizəd parlamentə sədr seçiləcək. 

Sizin Reklam Yeriniz