Əlaqə Arxiv
news Image
2015.06.24
19:10
| A A A
Ermənistanda sabah da etiraz aksiyası keçiriləcək

Aksiya iştirakçısı: "Biz əhalini sabah saat 18:00-da "Azadlıq" meydanına toplaşmağa çağırırıq

Ermənistanda etiraz aksiyasının təşkilatçıları əhalini iyunun 25-də Yerevanda keçiriləcək mitinqə çağırıblar.

Movqe.az xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

"Biz əhalini sabah saat 18:00-da "Azadlıq" meydanına toplaşmağa və Baqramyan prospektindən birlikdə mitinqə getməyə çağırırıq ", - aksiya iştirakçıları bildirib.

Məlumata görə, Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında da Yerevandakı nümayişçilərə dəstək aksiyası keçirilib. 

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb.

Sizin Reklam Yeriniz