Əlaqə Arxiv
news Image
2015.06.25
11:10
| A A A
Novruz Məmmədov Ermənistanda baş verən aksiyaya ilə bağlı tvit yazdı
"İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim "qayğımızı çəkənlər" bir ay susmazdılar". Movqe.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitter hesabında yazıb. N. Məmmədov Ermənistanda baş verən aksiyaya belə münasibət bildirib: "İrəvanda baş verənlərin 1/10 Bakıda olsaydı, bizim "qayğımızı çəkənlər" bir ay susmazdılar. Amma indi "CNN", "BBC", "Guardian", "Independent", "Amnesty International", "HRW", "Freedom House" və digərləri görün necə susurlar. İkili standartın göstəricisi budur. Çünki Ermənistan müsəlman ölkəsi deyil". 


Sizin Reklam Yeriniz