Əlaqə Arxiv
news Image
2015.06.26
11:50
| A A A
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Movqe.az-ın  məlumatına görə, əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan vətəndaşların xatirəsinə ucaldılan Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

Sizin Reklam Yeriniz