Əlaqə Arxiv
news Image
2015.06.27
17:30
| A A A
Yerevanda polis etirazçıların çadırını söküb
Asayiş keşikçiləri bildirib ki, mitinqdə çadıra icazə verilməyib

Yerevanın Baqramyan prospektində aksiya iştirakçılarının qurduqları çadırı polis söküb.

Movqe.az  xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, polis etirazçıların çadır qurduqlarını görüb və onlara yaxınlaşaraq bildirib ki, mitinqdə çadırlara icazə verilməyib.

Məlumata əsasən, polis çadırı sökdükdən bir müddət sonra onu yiyəsinə qaytarıb.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etiraz bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Sizin Reklam Yeriniz