Əlaqə Arxiv
news Image
2015.06.29
11:10
| A A A
Türkiyə səfiri: Azərbaycan I Avropa Oyunları vasitəsilə dünyaya sülh və qardaşlıq mesajı göndərdi

"Azərbaycan I Avropa Oyunları vasitəsilə dünyaya sülh və qardaşlıq mesajı göndərdi". Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ilk Avropa Oyunlarının bağlanış mərasimini şərh edərkən deyib.


Diplomat bildirib ki, I Avropa Oyunlarını keçirməklə Azərbaycan bütün dünyaya ölkənin idmana necə böyük əhəmiyyət verdiyini göstərdi: "Hamının bu tədbirlə bağlı gözəl təəssüratları qaldı. Azərbaycan bu idman hadisəsinin keçirilməsi üçün yüksək planka təyin etdi".


İ.A.Coşqun həmçinin qeyd edib ki, Oyunlarda iştirak etmək üçün gələn qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyini hiss etdilər və zəngin mədəniyyəti ilə tanış oldular.


Türkiyə səfiri Azərbaycanı I Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik edib.

Sizin Reklam Yeriniz