Əlaqə Arxiv
news Image
2015.06.29
11:40
| A A A
Musa Qasımlı: “Gələcək nəsillərimiz Avropa Oyunları ilə qürur duyacaq”

"Avropa Oyunları haqqında məlumatlar Azərbaycanın və Avropa ölkələrinin dərsliklərinə daxil ediləcək. Millətimizin gələcək nəsilləri bu Oyunlarla qürür duyacaqlar".


Movqe.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.


M.Qasımlı bildirib ki, Avropa Oyunlarına qiymət verərkən, təxminən dörd məsələyə diqqət yetirmək lazımdır. Bunların birincisi, Oyunların keçirilməsi üçün səsvermə və oyunlara hazırlıqla bağlıdır: "Hər şeydən əvvəl, Oyunların Azərbaycanda keçirilməsinə səs vermək ölkəmizə və dövlət başçısı cənab Prezident İlham Əliyevə olan inam və etimadın göstəricisi idi. Belə Oyunların keçirilməsini zəif inkişaf etmiş, bacarıqsız bir ölkəyə heç bir zaman tapşırmazdılar. Buna qədər Azərbaycanda idman kompleksləri tikilmişdi, idmançılarımız beynəlxalq yarışlarda uğurlar qazanmışdılar".


Deputat deyib ki, bu zamanadək qitədə belə Oyunlar keçirilməmişdi: "Oyunlara hazırlıq, infrastrukturun yaradılması qısa bir zamanda - 2,6 il ərzində aparıldı. Dünyada bu işi belə qısa bir zamanda bacaran ikinci ölkə tapmaq çətindir. Ölkəmiz bir ilkə imza atdı və yeni bir standart yaratdı. Artıq dünya standartı deyil, Azərbaycan standartı deyiləcək".


M.Qasımlı deyib ki, ikinci məsələ Oyunların açılış mərasimi ilə bağlı olub: "Açılış mərasimi mükəmməl idi. Hər bir kiçik fraqment belə, dərin məna daşıyırdı. Qədim tariximiz və mədəniyyətimiz geniş təbliğ edildi, maddi və mənəvi irsimizə uzanan əllər kəsildi. Açılış mərasiminə həsr eidlmiş iri həcmli bir əsər yazmaq olar. Açılışda təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva belə bir fikir söylədi ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və Bakı-2015-in parlaq ruhunun atəşi orada olacaq. Oyunlarda 50 ölkədən idmançıların iştirak etməsi Azərbaycana və Oyunlara olan marağın, hörmətin göstəricisi idi".


M.Qasımlı əlavə edib ki, üçüncü məsələ Oyunların keçirilməsi ilə bağlıdır: "Azərbaycan idmançıları hətta qələbələr qazanmasaydılar belə, açılış mərasimi Azərbaycanın ən böyük uğuru idi. Çünki ölkəmiz ilk qızıl medalını məhz açılış mərasimini ən yaxşı səviyyədə təşkil etməklə qazanmışdı. Buna baxmayaraq, idmançılarımız qələbələri ilə millətimizin sevincinin üstünə sevinc gətirdilər. Oyunların dünyanın demək olar, bütün ölkələrində izlənilməsi də qürurverici oldu. Dünya ölkələri ən mədəni tamaşaçı auditoriyasını gördü. Ölkəmizə gələnlər qədim və zəngin tariximiz və mədəniyyətimiz ilə tanış oldular, mətbəximizin təamlarını daddılar. Bəzilərində Azərbaycan haqqında müxtəlif təsirlər altında formalaşan yanlış fikirlər dağılıb getdi".


M.Qasımlınin sözlərinə görə, dördüncü məsələ onunla bağlıdır ki, Oyunlardan sonra Azərbaycanda idmana olan maraq daha da artacaq. Sağlam gəncliyin yetişdirilməsi üçün yeni böyük işlər görüləcək, gənclər və uşaqlar bəzi pis vərdişlərdən imtina edəcəklər.

Sizin Reklam Yeriniz