Əlaqə Arxiv
news Image
2015.06.29
18:00
| A A A
Azad Rəhimov: Avropa Oyununa gələnlər Azərbaycandan razı gedirlər

"Bu günlərdə Azərbaycanı, idmanı sevən insanlar kövrəlirlər, çünki bu gün bu tədbir sona çatır. Xarici qonaqlar ölkələrinə qayıdırlar. Onlar bizə təşəkkür edir və Azərbaycandan razı gedirlər".


Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu birinci Avropa Oyunlarının yekunlarına dair keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.


Nazir bildirib ki, 2 il yarımdan da az müddətdə biz bunu bacardıq və Azərbaycanı bütün dünyaya təqdim edə bildik: "Biz bəyan etdik ki, bu gözəl ölkədə qonaqsevər, bacarıqlı bir xalq yaşayır. Bu idman yarışması xalqın böyük bir təntənəsi idi".


A.Rəhimov deyib ki, Azərbaycan idmançıları Avropa Oyunlarında böyük nailiyyət qazandı: "Mən gözləmirdim ki, bizim komandamız bu Oyunlarda ikinci yeri tutsun. Bizim idmançılarımız 56 medal, o cümlədən 21 qızıl medal qazanmaqla öz adlarını Azərbaycan tarixinə həkk etdilər. Prezident onların işini yüksək qiymətləndirdi. Hamımız bu böyük bayramı yaşadıq. 17 gün ərzində hər gün xalqı medallarla sevindirdik. Xalq öz rəğbətini onunla bildirdi ki, bütün idman arenaları dolu idi, xalq tamaşa etməyə gəlirdi və bu bizi çox sevindirirdi".

Sizin Reklam Yeriniz