Yunanıstanda baş verən olaylara bir sıra Avropa ölkələrinin, xüsusən də Almaniyanı münasibəti olduqca maraqlı məqamları üzə çıxarmaqdadır. Bu ölkədə iqtisadi çətinliklərdən istifadə edərək onu nəzarət altına almağı planlaşdıran Almaniya və bəzi bir sıra Avropa ölkələri üçün Aleksis Tsipras hökuməti referendum qərarı venrməklə soyuq duş effekti yaradıb. Referendum yunanların avrozonada qalıb-qalmayacağını müəyyən edəcək. GÖzlənir ki, əhali avrozonadan çıxmağı dəstəkləsin. Bütün bunlar isə Avropanı iqtisadi ekspansiya ilə öz nəzarətinə keçirmək istəyən və ilk hədəflərdən biri kimi Yunanıstanı seçən Almaniyanın maraqlarına cavab vermir.
Hazırda Avropa ekspertləri hesab edirlər ki, Almaniyanın hazırda Avropanın bir sıra ölkələrinə dair irəli sürdüyü tələblər anti-humanist xarakter daşıyır. Angela Merkeli ümumavropa maraqları deyil, Almaniyanın iqtisadi gücünün nəyin bahasına olursa olsun, daha da artması maraqlandırır. Məsələn, artıq 3 ildir ki, Almaniya Yunanıstandan sosial xərclər də daxil olmaqla bütün əlavə xərcləri azaltmağı tələb edir. Amma hərbi xərclər bu siyahıya daxil edilmir. Çünki Almaniyanın silah ixracının 15 faizi Yunanıstanın payına düşür. Almaniyanın bu ölkəyə təkcə sualtı qayıqların satışından əldə etdiyi vəsaitin məbləği 2 milyard avrodur. Belə çıxır ki, Almaniyanın Yunanıstana verdiyi borcun əhəmiyyətli hissəsi hərbi xərclər vasitəsilə yenidən bu ölkəyə qayıdır. Bu, əslində Yunanıstanın dilənçi kökünə salınması hesabına Almaniyanın daha da zənginləşməsi sxemidir. Almaniya hökuməti yunnalardan təqaüd və maaşların 30-40 faiz azaldılmasını, təqaüd yaşının isə yüksəldilməsini də tələb edir. Bu isə Afinanı qane etmir. Bel əvəziyyətdə almaniyanın Necə ki, "Deutsche Welle" qəzeti açıq-aşkar yazır: "Əgər möcüzə baş verməsə, Yunanıstanı xaos və defolt gözləyir. Yunanlar Tsiprası və onun hökumətini bacardıqca tez devirməlidirlər". Bu isə, birbaşa suveren dövlətin daxili işlərinə qarışmaq, hakimiyət çevrilişinə çağırmaq cəhdindən başqa bir şey deyil.Ümumiyyətlə, Almaniya indi Yunanıstana qarşı olduqca sərt bir mövqedədir. Ölkənin n xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, Yunanıstan hökumətinin bu ölkənin beynəlxalq kreditorları ilə danışıqlarda ziqzaqı xatırladan mövqeyi onu hədsiz heyrətləndirib. Almaniyalı nazir "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib: "Mən başa düşmürəm, Yunanıstanın seçilmiş hökuməti öz xalqına necə məsləhət görə bilər ki, avropalıların xoş niyyətli təklifini rədd etsinlər". Ştaynmayerin sözlərinə görə, Afinadakı hakimiyyət dairələri "Avropadan yeni-yeni güzəştlərə nail olmaq üçün" öz vətəndaşlarını "girov götürüblər". O, Yunanıstan hökumətini illüziyalardan əl çəkməyə və yunan xalqının taleyinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb. Nazir vurğulayıb: "Yunanıstanda hələ də belə bir fikri təlqin etməyə çalışırlar ki, guya əsaslı islahatlar aparılmadan vəziyyət dəyişə bilər".
Almaniyanın maliyyə naziri Volfqanq Şoyble isə iddia edir ki, yaxın günlərdə Yunanıstanı çətin problemlər gözləyir. Ölkə sakinləri banklardakı əmanətlərini çıxarmaq üçün artıq indidən növbəyə düzülürlər. Nazir onu da qeyd edib ki, kreditorların Yunanıstana maliyyə dəstəyi proqramının müddətini beş ay artırmaq təklifindən yunanların imtina etməsi hamı üçün sürpriz olub. Xatırladaq ki, Avroqrup Yunanıstana Beynəlxalq Valyuta Fondunun kreditləri üzrə ödənişlərin yerinə yetirilməsi üçün əlavə möhlət verməkdən imtina edib və iyunun 30-dan sonra Yunanıstanda islahatlar proqramı razılaşdırılmayınca maliyyə yardımı proqramının müddətini artırmayıb. Kreditorlar Yunanıstan hökumətindən sosial ödənişlərin məbləğinin azaldılmasını və əlavə dəyər vergisinin artırılmasını tələb edirlər. Rəsmi Afina isə bu tələblə razılaşmır. Almaniya kansleri Angela Merkel isə deyib ki, Avropa liderləri Yunanıstanın düşdüyü vəziyyətdən çıxış yolunu axtarmağa çalışanda çox böyük güzəştlərə getdilər. Lakin Merkelin fikrinə görə, belə bir nəticəyə gəlmək olar ki, Yunanıstan rəhbərliyi kompromisə getmək istəmir. Bütün bunlar Almaniyanın iqtisadi metodlarla Yunanıstanı yola gətirmək planlarının iflas olmaqda olduğunu göstərir və bu səbəbdən Berlin indi Afinaya qarşı olduqca qəzəblidir. Axı, Almaniyanın yunanlarlı bağlı planı nəzərdə tutluduğu kimi getmir. Yunanıstanın maliyyə naziri Yanis Varufakis isə situasiyanı bu cür xarakterizə edir: "Əgər Avropa yalnız bizi alçaltmaq istədiyinə görə bu cür ağrılı proseslərə imkan verdisə, biz özümüzə sual verməliyik: bizə bu cür Avropa lazımdırmı?".