Əlaqə Arxiv
news Image
2015.07.01
14:00
| A A A
İran səfiri: "Bizim heç vaxt atom bombamız olmayıb və heç vaxt da olmayacaq"
İranın nüvə proqramı yalnız sülh və elmi məqsədlər üçün nəzərdə tutulub

"İran onilliklər boyu öz nüvə proqramını inkişaf etdirir və o, yalnız dinc və elmi məqsədlər üçün nəzərdə tutulub". Movqe.az xəbər verir ki, bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, bu gün dünyanın nəhəng dövlətləri İranın nüvə enerjisindən istifadə etmək hüququnu tanıyıb və İranın MAQATE(Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarəti altında dinc məqsədlər üçün uranı zənginləşdirmək hüququ var.

Vyanada baş tutan İranın nüvə proqramı ilə bağlı danışıqları şərh edən Möhsün Pak Ayin bidirib ki, İran hökuməti onunla dostluq münasibətləri qurmaq istəyən ölkələrlə qarşılıqlı inam mühiti yaratmaq niyyətindədir: "Biz atom bombası yaratmaq niyyətində deyilik, düşünmürük ki, onu yaratmaq bizim maraqlarımıza uyğundur. Bizim nüvə proqramımız tamamilə sülh məqsədləri üçündür. Bizim heç vaxt atom bombamız olmayıb və heç vaxt da olmayacaq".

Sizin Reklam Yeriniz