Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verib
Sərəncamla polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi verilib
Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilməsi haqda sərəncam imzalayıb.
Movqe.az xəbər verir ki, sərəncamla polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.
Polis polkovnikləri Seyfulla Səttar oğlu Əzimova və Əkbər Arif oğlu Yusifova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, iyulun 2-də Azərbaycanda Polis Günü qeyd olunur.