Əlaqə Arxiv
news Image
2015.07.01
17:00
| A A A
Azərbaycan müdafiə nazirinin Litva və Latviyaya rəsmi səfəri başlayıb
Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib.

Movqe.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.

Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılıb.

Sizin Reklam Yeriniz