Əlaqə Arxiv
news Image
2015.07.02
07:00
| A A A
Avropa Oyunları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirdi
Aydın Ağayev: “Avropa Oyunları ilə beynəlxalq münasibətlər sistemində ölkəmizə olan etimad daha da artdı” Asim Mollazadə: “Azərbaycan bu Oyunlarla özü üçün daha çox dost qazandı”

İlk Avropa Oyunlarını yüksək səviyyədə keçirən Azərbaycan bununla dünyaya həm də bir örnək oldu. Bütün dünya gördü ki, bu müsəlman ölkəsi beynəlxalq əhəmiyyətli yarışları ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin daha da möhkəmlənməsinə öz təsirini göstərir.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev düşüünr ki, Avropa Oyunları ilə beynəlxalq münasibətlər sistemində ölkəmizə olan etimad daha da artdı: "Aydındır ki, bugünkü dünyada beynəlxalq siyasətin idmana da böyük təsiri vardır. Yəni, beynəlxalq siyasət bütün digər sahələrə olduğu kimi, idmana da lazım gəldikdə nüfuz edir, oradakı oyun qaydalarına qarışır. Bu vəziyyətdə o da məlumdur ki, dünya zəifləri sevmir. Zəiflər kiminsə himayəsi altında olmalıdır. Buna çoxlu misal gətirmək olar. Ən azından qudurmuş qonşumuzla bağlı olaraq. Onlar özgə torpağı kiminsə köməyi ilə işğal edir. Amma biz öz gücünə, resursuna, xalqına, dövlətinə, hakimiyyətinə arxalanan normal dövlətlərdən danışırıq. Azərbaycan yaxşı bilir ki, dünya zəifləri sevmir. Elə bu Oyunlarla da Azərbaycan nümayiş etdirdi ki, gənc müstəqil dövlət olsa da, zəif deyil. Azərbaycan bu Oyunlarla iradəsini nümayiş etdirdi, göstərdi ki, dünyadakı oyun qaydalarını yaxşı bilir və həmin qaydalarla da öz davranışını dünyaya göstərir. Azərbaycan göstərdi ki, kənardan heç bir diqtəni qəbul etmir. Onu əməldə göstərdi. Bütün dünya bunu gördü.

Elə buradan çıxan nəticə də ondan ibarətdir ki, gənc müstəqil dövlət və ərazilərinin 20 faizi işğal altında qalsa da, Azərbaycana kənardan nəyi və necə etməyi diqtə etməyin heç bir mənası yoxdur. Azərbaycan özünə, gücünə, millətinə, hakimiyyətinə o qədər arxayındır ki, bütün bunları da çox cəsarətlə etdi. Nəticə də bütün dünyanın gözü qarşısındadır. Beynəlxalq münasibətlər sistemində bundan sonra Azərbaycana olan münasibətə gəldikdə, yəqin ki, yuxarıda qeyd etdiyim cəhətləri dünya, Azərbaycanın dostu və düşməni də gördü. Yəqin ki, bundan lazımı nəticələr çıxaracaqlar. Bu hadisə Azərbaycana beynəlxalq münasibətlər sistemində etimadı artırdı. Azərbaycanın özünə isə olan inamını artırdı. Oyunlar bütövlükdə, Azərbaycan, region və dünya üçün böyük bir hadisə oldu. Beynəlxalq siyasət idman yarışlarına da qarışır. Beynəlxalq siyasətdə də bütün bunlar Azərbaycana münasibətdə nəzərə alınacaq. Azərbaycan bilir ki, problemlərini ancaq cəsarətli siyasəti, dünya çapında özünə etimadı artırmaqla, dostlarının sayını çoxaltmaqla, öz milli mənafe və maraqlarını həyata keçirməklə həll edəcəkö Bunun üçün daha cəsarətli, güclü mövqelərə can atmaq lazımdır. Azərbaycan siyasəti özünün cəsarətli mahiyyəti ilə bundan sonra da həmin istiqamətdə hərəkət edəcək".

Millət vəkili Asim Mollazadə də qeyd etdi ki, Avropa Oyunları ilə Azərbaycan beynlxalq münasibətlər sistemində daha yaxşı tanınmaq imkanı əldə etdi: "Avropa Oyunları Azərbaycan xalqının yüksək mədəniyyətini, dövlətimizin mədəniyyətlər və sivilizasiyalar istiqamətində əməkdaşlıq qabiliyyətini dünyaya nümayiş etdirdi. Yüksək səviyyədə təşkil olunan bu Oyunlar Azərbaycanın istənilən beynəlxalq səviyyəli tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan dünya üçün gənclik və idman bayramı təşkil etdi. Bu Oyunların Azərbaycanı beynəlxalq münasibtlər sistemində daha yaxşı tanıtdırmaq baxımından da mühüm rolu oldu. Dünya Azərbaycanla tanış olaraq onun imkanlarını, gələcək üçün oynadığı mühüm rolu daha yaxşı anlayacaq. Azərbaycan bu Oyunlarla özü üçün daha çox dost qazandı".

Sizin Reklam Yeriniz