Əlaqə Arxiv
news Image
2015.07.02
09:00
| A A A
Qarabağ münaqişəsinin həllində yeni situasiya
Sahib Alıyev: “Ermənistan iqtisadi, hərbi və siyasi baxımdan tamamilə Rusiyadan asılı olan “dövlət”dir” Razi Nurullayev: “Ermənistandakı durum ölkə iqtisadiyyatının və siyasətinin zəifləməsinə istiqamətlənib”

"Narıncı inqilab" dalğası bu dəfə Ermənistanın qapısının ağzındadır. 2 həftəyə yaxın davam edən, "Soyğuna yox", "Talana yox" şüarları səsləndirilən mitinqlər ölkənin sosial, iqtisadi və siyasi durumundakı boşluqları tam ortaya çıxara bilib. Ən əsası isə iştirakçıların əsas narazılığı Rusiya əleyhinə yöənlib.

Xatırladaq ki, rus əsgəri Valeri Permyakovun Gümrüdə erməni ailəsininin 6 üzvünü qətlə yetirəndən sonra Ermənistanda Rusiyanın təsirindən qopması üçün çağırışlar artıb. Rusiyada isə bundan narahatdırlar. Moskva və bütün Rusiya partriarxı Kiril Ermənmistanda baş verən hadisələri şərh edərkən bu xüsusda maraqlı fikirlər səsləndirib. Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb. Rus parvoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan anti Rusiya əhval-ruhiyyəsinə çəkərək deyib: "Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür".

Bəzi ekspertlər isə indiki durumda Rusiyanın Ermənistanın arxasından çəkilə biləəcyini qeyd deir ki, bu da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında mühüm rol oynmaq iqtidarındadır.

Millət vəkili Sahib Alıyev bu fonda ilk olaraq onu xatırlatdı ki, Ermənistan iqtisadi, hərbi və siyasi baxımdan tamamilə Rusiyadan asılı olan "dövlət"dir: "Ona heç dövlət də demək olmaz. Çünki, onun asılılıq dərəcəsi ölçüyə gəlmir. Ona görə də indiki hadisələrin Ermənistanın Rusiyanın təsirindən çıxaracağını düşünmək sadəlövhlük olardı. Bu hadisələr Qərbin müəyyən məkəzlərində hazırlanıb. Elə Ermənistan hakimiyyətinin də maraqlarına cavab verir. Çünki, müəyyən güzəştlər qoparmaq istəyirdilər. Artıq o güzəştləri də qoparıblar. 200 milyon dollarlıq güzəştli kredit alıblar, aldıqları qazın qiyməti 15 dollar aşağı salınıb. Yaxınlarda da proseslər yenidən tənzimlənəcək".

Politoloq Razi Nurullayev bildirdi ki, baş verən hadisələrə rəğmən Rusiya yenə də Ermənistana nəzarət edir: "Moskva Ermənistanın zəifləməsində də o qədər maraqlı ola bilməz. Rusiya hər zaman Ermənistanı əlində saxlamağa çalışıb. Ermənistandakı durum ölkə iqtisadiyyatının və siyasətinin zəifləməsinə istiqamətlənib. Ermənistanın bu vəziyyətə düşməsi Qarabağ münaqişəsinin həlli üçün əlverişli şəraitin yaranması kimi görünür. İndi isə gözləmək lazımdır. Rusiyanın Dağlıq Qarabağ məsələsində mövqeyi müəyyən qədər yumşalıb. Azərbaycanın ilk növbədə Dağlıq Qarabağdan kənar rayonların qaytarılmasında maraqlıdır və bunu ardınca Dağlıq Qarabağın bzü azad olunacaq. Bu məsələ Azərbaycanın hücumu ilə, yaxud da Rusiyanın proseslərə 1günlük göz yumması ilə müşahidə edilərsə, Azərbaycan öz torpaqlarını azad etmiş olar. Bu isə Azərbaycanın Rusiya ilə daha yaxından dostluq etməsinə stimul yaratmış olacaq".

Sizin Reklam Yeriniz