Əlaqə Arxiv
news Image
2015.07.02
00:00
| A A A
Rusiya ATƏT Parlament Assambleyasının sessiyasını boykot edib
Sergey Narışkin: "Rusiya nümayəndə heyətinin səviyyəsinin aşağı salınması yolverilməzdir

"Rusiya nümayəndə heyətinin səviyyəsinin aşağı salınması yolverilməzdir. Nümayəndə heyətimiz tam tərkibdə ATƏT-in Parlament Assambleyasında iştirak etməyəcək".

Movqe.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib.

Xəbərə görə, iyulun 5-9 Helsinkidə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək. Finlandiyanın Xarici İşlər Nazirliyi sessiyada iştirak etmək istəyən S.Narışkinə viza verməyib.

Qeyd edək ki, Ukraynanın şərqindəki vəziyyət və Krımın Rusiya tərəfindən ilhaqına görə, Avropa İttifaqı Rusiyanın bir sıra dövlət, ictimai, siyasi xadimləri və iş adamlarına sanksiya tətbiq edib. Həmin siyahıda Sergey Narışkinin də adı var.

Sizin Reklam Yeriniz