Əlaqə Arxiv
news Image
2015.07.02
16:00
| A A A
Nazirlər Sərkisyanın ad gününü restoranda qeyd etdi

Xəbər verdiyimiz kimi, iyunun 30-u Ermənistan prezidenti Serj Sərkisyanın ad günü idi.Azvision.az "Qraparak" qəzetinə istinadən xəbər verir ki, Ermənistanın hakim Respublika Partiyasının üzvləri, bəzi nazirlər, həmçinin ölkə parlamentinin spikeri ənənəvi olaraq Sərkisyanın ad günün restoranda qeyd ediblər.Maraqlıdır ki, Serj Sərkisyan öz ad günün onlarla həmin restoranda yox, tamamilə başqa yerdə keçirib."Arkayadzor" restoranında baş tutan ad günün mərasimində baş nazir də iştirak etməyib. Onun prezidentlə birgə olduğu güman edilir.Bundan əlavə, prezidentin iştirak etdiyi məclisdə "Dağlıq Qarabağ Respublikası"nın sabıq və hazırkı "prezidentlərinin" də olduğu bildirilir.


Sizin Reklam Yeriniz