Əlaqə Arxiv
news Image
2015.07.02
16:40
| A A A
"Twitter" erməni inqilabına cəlb olundu

Ermənistanda "Twitter" mikrobloqu ilk dəfə ictimai aktivlik aləti kimi istifadə olunub. AzVision.az-ın məlumatına görə, bu barədə media ekspert Samvel Martirosyan "Facebook" səhifəsində yazıb.Onun sözlərinə görə, 22 iyul tarixinə qədər #ElectricYerevan haştaqı 68 mindən çox istifadə olunub."Eyni haştaq 4200 dəfə işlənilib. Digər haştaq - #ոչթալանին (Talana son) "Twitter"də 4000 dəfə, #электромайдан haştaq isə 2000-dən çox istifadə edilib", - deyə ekspert yazıb.Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər. Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar.

Sizin Reklam Yeriniz