Əlaqə Arxiv
news Image
2015.07.04
10:00
| A A A
Almaniya faşizmi yenidən dirçəldir
Elman Nəsirli: “Yunanıstan kimi çox böyük tarixə malik, Avropa sivilizasiyasının, demokratiyanın beşiyi olan ölkə Almaniya və ABŞ-ın maliyyə oyunbazlığı nəticəsində indiki vəziyyətə düşüb”

Yunanıstanda iqtisadi durum getdikcə pisləşməkdədir. Artıq məlumat verildiyi kimi, ölkədə iyulun 5-nə referendum təyin edilib. Avropa Komissiyası referenduma qədər Yunanıstanla heç bir danışıqların aparılmayacağını açıqlayıb.

Rəsmi Afina isə çıxışlarında əsas günahkar kimi Almaniyanın adını səsləndirir. Bir sıra mütəxəssislər də ittihamların haqlı olduğunu deyirlər. Nəzərə alaq ki, tək Yunanıstan krizisində yox, bu günə baş vermiş bir çox dağıdıcılıq missiyalarında Almaniyanın adı hallanıb. Mövzuya müasibət bildirən politoloq Elman Nəsirli vurğuladı ki, Yunanıstan 2010-cu ildən bu yana ciddi iqtisadi böhranla üz-üzədir: "Əslində, 2008-ci ildən Avropada başayan iqtisadi böhran 2010-cu ildə Yunanıstanda özünü daha çox göstərməyə başladı. Həmin vaxtdan etibarən Yunanıstan 3 əsas kredit təşkilatından – Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan kreditlər götürməyə başladı. Ən son məlumata görə, həmin 3 təşkilata bu dövlətin 240 milyard dollar borcu var. Bütövlükdə xarici dövlət borcu isə 315 milyard dollardan çoxdur. Xarici borc ÜDM-nin 180%-nə bərabərdir. Bu problemdən çıxmaq üçün növbəti dəfə kredit götürməlidir. Yunanıstan 5 iyul tarixinə ümumxalq refendumunu gündəmə gətirib. Məsələ də Avropa Komsissiyasının Yunanıstana irəli sürdüyü "soyğunçu təkliflər paketi"nə münasibət bəsləməkdir. Yunanıstan tərəfi bu prosesdə əsasən Almaniyanı ittiham edir. Bu da anlaşılandır. Çünki, Yunanıstan 3 mənbədən kredit alır. Avropa Komissiyası Almaniya deməkdir. Avropa Mərkəzi Bankı Almaniyada yerləşir. Bunu nəzərə almaqla Avropa Mərkəzi Bankı elə Almaniya sayılır. BVF-da isə əsas söz sahibi ABŞ-dır. Deməli, Yunanıstan kimi çox böyük tarixə malik, Avropa sivilizasiyasının, demokratiyanın beşiyi olan ölkə Almaniya və ABŞ-ın maliyyə oyunbazlığı nəticəsində indiki vəziyyətə düşüb. Məqsəd də odur ki, Almaniya özünün geniş maliyyə imkanlarından istifadə edib Yunanıstana çox ağır şərtlər daxilində maliyyə kreditləri verilməsinə nail olmaqdır. Bu isə Yunanıstan iqtisadiyyatının çöküşüdür. Bu, həm də Almaniya üçün Yunanıstandan olduqca ucuz işçi qüvvəsi deməkdir. Eyni zamanda Almaniya öz müəssisələrini Yunanıstanda açır. Beləcə, Yunanıstanı tam özündən asılı vəziyyətə salmış olur. Buna iqtisadi ekspansiya siyasəti deyilir. Bu gün Almaniyanın Yunanıstana münasibəti yeni ekspansiya siyasəti deməkdir. Almaniya 1-ci və 2-ci dünya müharibələrini başladığı kimi hərbi gücü ilə deyil, daha çox iqtisadi asılılığa salmaq yolu həmin ölkələri həm də siyasi asılılığa salmaq siyasətini həyata keçirir. Bu baxımdan Yunanıstan lakmus kağızıdır. Avropanın digər ölkələrinə - Portuqaliya, Cənubi Kipr, İspaniya, İrlandiyaya münasibətdə də Almaniyanın oxşar siyasət apardığının şahidi olmuşuq. Həmin ölkələr də iqtisadi baxımdan geriləməkdədirlər. Avropa İttifaqının siyasi lokomotivi Fransa, iqtisadi lokomotivi Almaniyadır. Amma Fransanın iqtisadi baxımdan vəziyyəti o qədər yaxşı olmadığından bu, onun siyasi imkanlarını da buxovlayıb. Bu baxımdan 21-ci ərin ilk 20 ilndə Almaniya özünü yeganə lokomotiv kimi aparır. Lokomotiv müsbət yük daşımalıdır. Amma Almaniya bunu etmir. Bunun nəticəsidir ki, Almaniyanın güclənməsində böyük eyforiya keçirən yeni faşist qüvvələri dirçəlməyə başlayırlar. Yeni faşist qüvvələri onun fərqindədirlər ki, Almaniya güclənibsə, yeni faşistlər yatıb qalmalı deyillər. Bu da faşizmin yenidən dirçəlməsi deməkdir. Bu, tək Almaniya yox, bütün dünya üçün təhlükədir. Xüsusi ilə Almaniyanın Avropa İttifaqının silahlı qüvələrini yaratmaq niyyətini ortaya qoyması onu göstərir ki, Almaniya təkcə iqtisadi, siyasi gücü ilə deyil, həmçinin hərbi güc kimi üzə çıxmaq istəyir. Almaniyanın bu niyyətləri dünya üçün ciddi siqnal olmalıdır. Haqlı olaraq vurğulanır ki, Almaniya dünyanı yenidən 3-cü dünya müharibəsinə sürükləyə bilər. Bütün bu mənzərəni diqqətlə izləyən və üzərində hiss edən Yunanıstan hökumətinin isə Avropa İttifaqı ilə məlum davranışı anlaşılandır".

Sizin Reklam Yeriniz