Əlaqə Arxiv
news Image
2015.07.03
20:00
| A A A
KİV: Bəşşar Əsədlə PKK-nın Suriyadakı qolu İŞİD-ə qarşı birləşir
Anlaşmaya əsasən, "YPG"yə silah-sursat və maddi-texniki dəstək veriləcək

Terrorçu PKK-nın Suriyadakı qolu "YPG"nin (Xalq Müdafiə Birliyi) məsulları ilə Bəşşar Əsəd hökumətinin müdafiə naziri arasında İŞİD-ə qarşı birgə mübarizəyə dair anlaşma imzalanıb. Movqe.az-ın "cnntürk"ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq şimalının lideri Məsud Barzaniyə yaxın olan "Rudaw" TV məlumat yayıb.

Xəbərdə bildirilib ki, anlaşmaya əsasən, Bəşşar Əsəd ordusu İŞİD-ə qarşı mübarizədə "YPG"yə silah-sursat və maddi-texniki dəstək verəcək.

Terrorçu "PYD" (Demokratik Birlik Partiyası) və "YPG"-dən isə məsələyə dair açıqlama yoxdur. Həmçinin "YPG"nin İŞİD-ə qarşı döyüşdə irəliləməyə başladığı və Suriyanın Haseke rayonunun bəzi məhəllələrini ələ keçirdiyi haqda xəbər yayılıb. 

Sizin Reklam Yeriniz