Əlaqə Arxiv
news Image
2015.07.05
11:00
| A A A
İrəvanda etirazçılar Ermənistan hakimiyyətinə ultimatum veriblər
Biz Marşal Baqramyan prospektini açmayacağıq

Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirənlər ölkə hakimiyyətinə ultimatum irəli sürüblər.

Movqe.az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Marşal Baqramyan prospektində yüzlərlə mitinq iştirakçısı qarşısında etiraz hərəkatı əlaqələndiricilərindən biri David Sanasaryan çıxış edib.

"Biz Marşal Baqramyan prospektini açmayacağıq. Bazar ertəsi axşamadək gözləyəcəyik. Əgər bir tələbimiz belə yerinə yetirilməsə, biz "İrəliyə addım" etiraz aksiyasına başlayacağıq və zibil konteynerlərindən ibarət barrikadanı prezident sarayına doğru irəlilədəcəyik", - deyə o, Ermənistan hakimiyyətinə xitabən deyib.

Sanasaryanın fikrincə, fəallar hakimiyyətə qarşı dinc, lakin çağırış xarakterli addım atmaq məcburiyyətindədirlər.

Sizin Reklam Yeriniz